Bakı. Trend:
D vitamini çatışmazlığı qadınlar arasında fəsədlaşmış doğuşa yol
aça bilər.
Trend xəbər verir
ki, belə bir nəticəyə Uppsala Universitetinin (İsveç) alimləri
gəlib.
Elmi araşdırmanın nəticələri “Bone” dərgisində nəşr olunub.
Tədqiqata əsasən məlum olub ki, osteomalasiyadan (D vitamini
çatışmazlığı nəticəsində sümüklərin yumşalması və möhkəmliyini
itirməsi ilə səciyyələnən xəstəlikdən) əziyyət çəkən qadınlar
təxirəsalınmaz keysəriyyə əməliyyatı və ya vakuum-ekstraksiya üsulu
ilə doğuşa beş dəfə daha çox ehtiyac duyurlar.
Tədqiqatçılar İsveçdə D vitamini çatışmazlığı riski yüksək olan
123 hamilə qadını müşahidə ediblər. Onlardan 20 nəfərində — əsasən
günəş radiasiyasının az olduğu bölgələrdən olanlarda —
osteomalasiya diaqnozu qoyulub. A
naliz göstərib ki, bu xəstəlik zamanı müşahidə olunan əzələ
zəifliyi və çanaq sümüklərinin strukturunda mümkün dəyişikliklər
doğuş prosesini çətinləşdirir və təcili mamaçılıq müdaxilələri
ehtimalını artırır.

