Vətən müharibəsindəki qələbə Azərbaycanın prinsiplərinin tarixdə ən gözəl təzahürüdür – Şamil Ayrım

Baş səhifə

Bakı. Trend:

Konstitusiya sadəcə bir hüquqi mətn deyil, o, dövlət və
vətəndaşlar arasında etimadı, millətin ortaq dəyərlərini və
suverenliyini təmin edən sənəddir.

Trend xəbər
verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30
illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin
müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda
beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

Ş.Ayrım bildirib ki, ali qanunun hər bir maddəsi xalqın
iradəsini, ədalətə olan inamını, müstəqil yaşamaq əzmini əks
etdirməkdədir:

“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və ondan sonrakı 23
saatlıq antiterror əməliyyatı ilə yalnız öz torpaqlarını deyil, həm
də konstitusion quruluşunu və suverenliyini bərpa edib. Bu qələbə
Konstitusiyada təsdiq olunmuş və Azərbaycan Respublkikasının
müstəqil, demokratik, dünyəvi prinsiplərinin tarixdə ən gözəl
təzahürüdür”.

O, Azərbaycanla Türkiyənin qardaşlığının daimi olacağını
vurğulayıb:

“Azərbaycanın böyük nəaliyyətləri Türkiyədə qardaşlıq hissləri,
dərin minnətdarlıq və sevinclə qarşılanır. Prezident Rəcəb Tayyib
Ərdoğanın hansısa beynəlxalq tədbirdə Azərbaycanı yad etmədən o
iclası başa çatdırması mümkün deyil. Hər zaman yan-yana, birlikdə
iki qardaş olaraq çiyin-çiyinə işlər görüldü, bu gün də, sabah da,
əbədiyyən can Azərbaycan, türkiyə münasibətləri ən yüksək səviyyədə
davam edəcək”.