Azərbaycanda 17 yaşlı gəlin öldü

Baş səhifə

Astarada dünən toyu olan gəlin bu gün ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.