
Bakı. Trend:
Lənkəran şəhəri, Füzuli küçəsi 121A ünvanında fəaliyyət
göstərən, Baxşızadə Orxan Oktay oğluna məxsus şərab evində Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş
yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu
müəyyən edilib.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Belə ki, ictimai iaşə obyektinin satış vitrinində Azərbaycan
dilində markalanması və istehsalçı barədə məlumatları olmayan
“Имперская”, “Тigoda”, “Столовая”, “Русский Дозор”, “Российская
Корона” əmtəə nişanlı araq məhsulları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək
sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların
satışı məhdudlaşdırılıb, nümunələr götürülərək Qida Təhlükəsizliyi
İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

