Rumıniya Senatının sədri Azərbaycanla əməkdaşlıq üçün birgə parlament qrupunun yaradılmasını təklif edib

Baş səhifə

Bakı. Trend:

Ruminiya Azərbaycanın “ASAN Xidmət” modelinin tətbiqinə
başlayıb.

Trend xəbər
verir ki, bunu Rumıniya Parlament Senatının sədri Mirça Abrudean
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30
illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin
müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda
beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

M.Abrudean iki ölkənin parlamentlərinin komitələri arasında
əməkdaşlıq genişləndirilməsini təklif edib:




“Azərbaycanın rəqəmsallaşma sahəsindəki “ASAN Xidmət” modeli
artıq ölkəmizdə tətbiq edilir. Həmçinin, rəqəmsal şəxsiyyət
vəsiqəsi, dövlət satınalmaları və kibertəhlükəsizlik sahəsində
əməkdaşlıqları gücləndirmək üçün birgə parlament qrupu yarada
bilərik”.

O, həmçinin Azərbaycan və Rumıniya parlamentlərinin nəqliyyat və
enerji məsələləri ilə bağlı komitələrinin illik görüşlər
keçirməsini təklif edib.

“Şəffaflıq investisiyaları daha da təşviq edəcək. Biz
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Cənubi Qafqazda
sabitlik hər kəsin xeyrinədir”, – deyə o fikrini tamamlayıb.