Ötən gün bu qədər qanunsuz silah-sursat aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Oktyabrın 28-də polis əməkdaşları respublikanın ayrı-ayrı
rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 1
tapança aşkar edilib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, həmçinin 65 qumbara, 18 alışdırıcı, 11
partladıcı, 23 mərmi, 6 tüfəng, 249 patron darağı və 18885 ədəd
müxtəlif çaplı patron aşkar edərək götürüblər.