Tramp Koreyada ali dövlət mükafatı ilə təltif olunub

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya Respublikasının Prezidenti Li Çje Myon ABŞ
Prezidenti Donald Trampa qədim Koreya dövləti Silla krallığının
tacının qızıl suyuna çəkilmiş surətini, eləcə də ölkənin ən yüksək
dövlət mükafatı olan “Muqunhva” ordenini hədiyyə edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Orden Cənubi Koreya və xarici dövlətlərin prezidentlərinə
dövlətin möhkəmləndirilməsi, sülhün və xalqların rifahının təmin
olunması sahəsindəki mötəbər xidmətlərinə görə təqdim olunur.

Bu mükafata xarici liderlərin həyat yoldaşları da layiq görülə
bilərlər. Tramp bu ordenlə təltif edilən ilk amerikalı prezident
olub.