Bakıda Xəzər Enerji Forumu öz işinə başlayıb

Baş səhifə

Bakı.Trend:

Bakıda Xəzər Enerji Forumu öz işinə başlayıb.

Trend xəbər verir
ki, Xəzər Enerji Forumu regionun qlobal enerji keçidindəki rolunu
müzakirə etmək məqsədilə biznes nümayəndələrini, hökumət
təmsilçilərini və diplomatik missiyaları bir araya gətirir.

Forumun nəzər nöqtəsində “Yaşıl Enerji Dəhlizinin” inkişafı,
eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz regionu
ölkələri arasında neft-qaz sektorunda strateji əməkdaşlığın
gücləndirilməsi olacaq.




Forumun əsas məqsədləri COP29 və COP30 tədbirləri fonunda
beynəlxalq enerji gündəminin düzgün və səmərəli şəkildə təqdim
edilməsini təmin etmək, regionda bərpa olunan enerji və qaz
sahəsində əsas layihələrin tanıdılması və dəstəklənməsi, “Yaşıl
Enerji Dəhlizi”nin Avropaya qədər uzanan inkişafı üzrə fikir
mübadiləsi aparmaq, dövlət, biznes və beynəlxalq təşkilatlar
arasında dialoqu dərinləşdirmək, həmçinin dayanıqlı enerji
sahəsində investisiyaların cəlb olunması və tərəfdaşlığın
genişləndirilməsidir.

Xəbər yenilənəcək