Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Milli
Bayram münasibətilə təbrik edib.
Trend xəbər verir
ki, bu barədə diplomat “X” sosial şəbəkəsində paylaşım edib.
“29 Oktyabr – Türkiyə Respublikasının qurulmasının qeyd olunduğu
Respublika Günü münasibətilə qardaş və dost Türkiyəni ürəkdən
təbrik edirəm.
Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq
aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə
çevrilmişdir.
Əminəm ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə
səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf
edəcəkdir.
Bu xoş gündə, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və
firavanlıq arzulayıram.
Respublika Günün mübarək!”

