Azərbaycan XİN Türkiyə Respublikası Günü münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Respublikası Günü
münasibətilə təbrik edib.

Trend-in
məlumatına görə, bu barədə nazirlik “X” sosial şəbəkəsində paylaşım
edib.

“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının
102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini
səmimi-qəlbdən təbrik edirik.

Bu tarixi gündə, Türkiyə Respublikasının banisi, dahi Mustafa
Kamal Atatürkü, eləcə də Cümhuriyyətin yaradılması uğrunda
canlarını fəda etmiş şəhidlərimizi və qazilərimizi dərin ehtiramla
yad edirik.

Bölgədə sülhün, ədalətin və inkişafın rəmzinə çevrilmiş Türkiyə
Respublikası, eləcə də bənzəri olmayan Azərbaycan–Türkiyə
qardaşlığı əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək
olacaqdır.

Bu əlamətdar gün münasibətilə qardaş Türkiyəyə daim sülh, rifah
və tərəqqi arzulayır, Azərbaycan–Türkiyə birliyinin və
qardaşlığının əbədi olacağına əminliyimizi ifadə edirik.

Türkiyənin Cümhuriyyət Günü mübarək!” – deyə paylaşımda
bildirilib.