Tramp Qəzzada atəşkəsin təhlükə altında olmadığını hesab edir

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin təhlükə altında
olmadığını bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp Yaponiyadan Koreya
Respublikasına gedərkən təyyarəsində jurnalistlərə deyib.

Tramp İsrailin qoşunlarına atəş açılacağı təqdirdə Fələstin
anklavında döyüşləri davam etdirməsinin icazəli olduğunu
bildirib.




“Onların bunu etmək hüququ var”, – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Qəzzada atəşkəsə qarşı heç bir real təhdid
yoxdur.

“Heç nə [anklavda atəşkəsə] təhlükə yaratmayacaq”, – deyə
D.Tramp əlavə edib.