Bakı. Trend:
“Melissa” qasırğası Yamaykaya çatıb və 1851-ci ildən bəri ən
güclü qasırğa adlandırılır.
Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyi
xəbər verib.
“174 il əvvəl qeydə alınmağa başlayandan bəri ən güclü qasırğa
olan “Melissa” qasırğası Yamaykaya çatıb”, – deyə agentlik
bildirib.
Qasırğaya Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriya verilib və
küləyin sürəti 82 m/s təşkil edir.
Bildirilib ki, yerli hakimiyyət orqanları təbii fəlakətə
hazırlıq üçün bütün mümkün tədbirləri görüblər. Yamayka rəsmiləri
həmçinin zərərin qiymətləndirilməsi prosesinin uzanacağı barədə
xəbərdarlıq ediblər.

