“Rheinmetall” yeni lazer silahının sınağını başa çatdırıb

Baş səhifə
Rheinmetall yeni lazer silahının sınağını başa çatdırıb

Almaniyanın Hərbi Dəniz Qüvvələri 2029-cu ildən etibarən “Rheinmetall” konserninin və Avropa müdafiə şirkəti MBDA-nın Almaniya bölməsinin birgə istehsalı olan dronlara qarşı yeni lazer silahlarından istifadə etməyə başlaya bilər.

“Report”un məlumatına görə, bu barədə “Rheinmetall”ın press-relizində deyilir.

Yeni lazer sisteminin sınaqları başa çatıb, o, əlavə sınaqlar üçün Meppendəki silah və sursat üzrə hərbi-texniki idarəyə (WTD 91) təhvil verilib.

“Döyüş qabiliyyətli lazer silah sistemi 2029-cu ildən etibarən Almaniya donanması tərəfindən əldə edilə bilər və o, bununla da adi idarə olunan raketlərə sərfəli və təsirli əlavə olacaqdır”, – açıqlamada deyilir.