HƏMAS Rəfahdakı atışmada iştirak etmədiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı Rəfahdakı atışmada iştirak
etmədiyini və Qəzza zolağında atəşkəs razılaşmasına sadiq olduğunu
bildiriblər.

Trend-in
məlumatına görə, bu barədə “Telegram” kanalında yayımlanan
hərəkatın bəyanatında deyilib.




“HƏMAS Rəfahdakı atışma ilə əlaqəsini inkar edir və atəşkəs
razılaşmasına sadiqliyini bir daha təsdiqləyir”, – deyə qeyd
olunub.