Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi dəniz bazasının hava limanı Karib dənizində tüğyan edən “Melissa” qasırğası səbəbindən bağlanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava nəqliyyatının idarə edilməsi xidmətindəki mənbə məlumat yayıb.
Mənbə bildirib ki, aerodrom qasırğa səbəbindən bağlıdır. Ərazidə uçuşlar istənilən növ təyyarə üçün qadağandır. Qadağa noyabrın 2-i günün sonuna qədər qüvvədədir.
Ötən həftə sonu “Melissa” qasırğasının yaxınlaşması səbəbindən Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi dəniz bazasından Hərbi Nazirliyin işçiləri, hərbçilərin qohumları və podratçılardan ibarət təxminən 1 000 nəfər təxliyə olunub. Quantanamo körfəzini tərk edənlər müvəqqəti olaraq Florida ştatının Pensakola şəhərindəki hərbi dəniz bazasında yerləşdiriliblər. Onlar növbəti iki həftə ərzində orada qalacaqlar.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

