Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə ərazisinə
ardıcıl hava hücumları həyata keçirib.
Trend-in
məlumatına görə, bu barədə “Al Jazeera” televiziya kanalı xəbər
verib.
Məlumata əsasən, onlardan biri şəhərin şimalındakı Əş-Şifa Tibb
Mərkəzini hədəf alıb.
Öz növbəsində, “Əl-Mayadeen” televiziya kanalı Qəzzanın qərbində
yerləşən Əş-Şati qaçqın düşərgəsinə hücum barədə məlumat verib.

