Ekvador prezidenti ölkədən arkotik qaçaqmalçılığına qarşı xarici bazaların yerləşdirilməsini dəstəkləyib

Baş səhifə

Bakı. Trend:

Ekvador prezidenti Daniel Noboa ölkə sahillərində qanunsuz
balıqçılıq, narkotik qaçaqmalçılığı və qanunsuz yanacaq daşınması
ilə mübarizə aparmaq üçün Baltra adasında (Qalapaqos adaları) və
Salinasda (ölkənin qərbindəki Santa Yelena əyaləti) xarici
bazaların yaradılmasının lehinə çıxış edib.

Trend-in məlumatına görə, bu barədə Ekvador prezidenti ölkənin “Radio Centro” radiostansiyasına verdiyi müsahibədə deyib.




O bildirib ki, bu, heç bir şəkildə milli suverenliyə xələl
gətirməyəcək.

“Söhbət nə hərbi bazadan, nə də suverenliyimizi kiməsə
verməyimizdən getmir. Üstəlik, müqaviləyə əsasən, onların işi
Ekvador qanunları ilə tənzimlənəcək və bu məsələ ilə bağlı son
qərar Ekvador hökumətinə məxsusdur”, – deyə o qeyd edib.