Bakı. Trend:
Böyük Britaniya hökuməti sığınacaq axtaranları hotellərdən
çıxarıb, Şotlandiyanın İnverness şəhərindəki “Cameron Barracks” və
İngiltərənin Şərqi Sasseks qraflığındakı “Crowborough” hərbi təlim
düşərgələrinə yerləşdirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu ərazilərdə ümumilikdə 900 nəfər sığınacaq
axtaran şəxs qalacaq. Hazırda ölkə üzrə təxminən 32 min şəxs
hotellərdə qalır.
Hökumət növbəti seçkilərə qədər hotellərdən istifadəni
dayandırmaq və xərcləri azaltmaq istəyir.
Müdafiə naziri Lyuk Pollard bu bazaların lüks olmadığını, amma
tələblərə cavab verdiyini bildirib. Lakin Milli Audit İdarəsi hərbi
bazalarda yerləşdirmənin hotellərlə müqayisədə daha baha olacağını
qeyd edib. Pollard xərclərin hələ qiymətləndirildiyini
söyləyib.

