Bakı. Trend:
Tailandda pərakəndə mağazalar əhalinin geyim tələbatını ödəyə
bilmir. Hazırda ölkədə qara rəngli geyimlərin defisiti
yaşanmaqdadır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qara geyimlərə olan yüksək tələbat hazırkı
Tailand kralı Maha Vaçiralongkornun anası, Kraliça Sirikitin vəfatı
ilə əlaqədar elan edilmiş milli matəmdən sonra yaranıb.
Tailand hökuməti bundan əvvəl dövlət qulluqçuları üçün bir illik
matəm elan edib, əhaliyə isə 90 günlük matəmə riayət etmələrini
tövsiyə edib.
Qeyd edilir ki, bu qərar qara geyimlərin satışında kəskin artıma
səbəb olub və bir çox mağazada artıq məhsullar tükənib.

