Ceyhun Bayramov Omanda Səfirlik binasının açılış mərasimində iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

28 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə
yola düşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 29
oktyabr tarixində Oman Sultanlığının xarici işlər naziri Bədr ibn
Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə
görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin
inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə
tutulub.