“Qarabağ” – “Çelsi” oyununun biletləri sabah satışa çıxarılır

Baş səhifə
Qarabağ - Çelsi oyununun biletləri sabah satışa çıxarılır

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq. “Report” xəbər verir ki, bu barədə Azərbaycan klubu məlumat yayıb. Satışa oktyabrın 29-da saat 15:00-dan start veriləcək.