Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri
Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-də
Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, hər iki
ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının
sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş
Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində sədr Saqr Qobaş ölkəmizin rəsmiləri ilə bir
sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişaf
perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.