
Bakı. Trend:
Dünya Bankı qarşıdakı üç ildə Azərbaycanın real ÜDM-də orta
səviyyəli artım templəri proqnozlaşdırıb. Proqnoza görə, ÜDM artım
tempi 2025-ci ildəki 1,9 faizdən 2026-cı ildə 1,8 faizə yüksələcək,
2027-ci ildə isə 1,7 faiz təşkil edəcək.
Bu barədə Trend
Bankın məlumatlarına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın real ÜDM artımı 2021-ci
ildə 5,6 faiz, 2022-ci ildə 4,6 faiz təşkil edib, 2023-cü ildə 1,1
faizə qədər zəifləyib, lakin 2024-cü ildə yenidən 4,1 faizə
yüksəlib.
Dünya Bankının son hesabatına əsasən, özəl istehlak iqtisadi
artımın əsas hərəkətverici qüvvəsi olaraq qalacaq – 2025-ci ildə
4,4%, 2026-cı ildə 4,3% və 2027-ci ildə 4,1% artım göstərəcək. Eyni
zamanda, əsas kapitala yönəldilmiş ümumi investisiyaların cüzi
azalacağı proqnozlaşdırılır (2025-ci ildə 0,3%, 2026-cı ildə 0,4%
və 2027-ci ildə 0,7%) .
İxracın 2025–2027-ci illər ərzində cüzi artım göstərəcəyi –
0,1–0,2 faiz səviyyəsində qalacağı, idxalın isə tədricən artacağı –
2025-ci ildə 1,8 faiz, 2026-cı ildə 1,7 faiz və 2027-ci ildə 1,6
faiz olacağı gözlənilir.
“ Orta müddətli perspektivdə iqtisadi artımın tempinin
zəifləyəcəyi gözlənilir , belə ki, dövri yüksəlişə təkan verən
amillərin tədricən zəifləməyə başlayacaq. Real ÜDM-in 2025-ci ildə
1,9 faiz artacağı proqnozlaşdırılır. Dövlət xərclərinin icrası
yaxşılaşdıqca 2025-ci ilin ikinci yarısında qeyri-neft sektorunda
kiçik bərpa artımı gözlənilir, lakin bu, karbohidrogen hasilatının
azalmasını kompensasiya etməyə kifayət etməyəcək. Təbii qaz
hasilatının 2025-ci ildə zirvəyə çatacağı, daha sonra isə
sabitləşəcəyi ehtimal olunur.
Orta müddətli perspektivdə real ÜDM artımı məhdud qalacaq – orta
hesabla 1,7 faiz səviyyəsində, çünki neft hasilatı azalmağa davam
edəcək və karbohidrogenlər üçün daha az əlverişli qiymətlər
qeyri-neft sektoruna dəstək imkanlarını fiskal baxımdan
məhdudlaşdıracaq. Bu proqnoz struktur islahatlarının
sürətləndirilməsinin, qeyri-neft iqtisadiyyatında özəl sektor
yönümlü artımın təşviqinə yönəlmiş tədbirlərin vacibliyini
vurğulayır”, -deyə Dünya Bankının hesabatında qeyd olunur.

