“Amazon” 30 minə yaxın işçini ixtisar etməyə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Amerikanın “Amazon” şirkəti 30 minədək əməkdaşını ixtisar etməyə
hazırlaşır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, bu, 2022-ci ildən bəri korporasiyada
baş verən ən böyük ixtisar dalğası olacaq. Sonuncu dəfə 3 il əvvəl “Amazon” 27 min nəfəri işdən azad etmişdi.




Kütləvi ixtisarların bu həftədən başlanacağı gözlənilir.

İxtisarlardan əsasən korporasiyanın bir neçə şöbəsi
təsirlənəcək. Söhbət ilk növbədə kadrlar şöbəsi, əməliyyat şöbəsi,
cihaz və xidmətlərin hazırlanması bölməsi, eləcə də “Amazon Web
Services” bölməsindən gedir.