
Bakı. Trend:
Oktyabrın 28-də Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab
edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla
Novruz oğlu Quliyevin dəfn mərasimi keçirilib.
Trend xəbər
xəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsindəki
qəbiristanlıqda təşkil olunan mərasimdə mərhumun yaxınları, dövlət
və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza
və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər
güllər düzülüb, əklil qoyulub.
Qeyd edək ki, şəhid A. Quliyev 1968-ci il oktyabrın 26-da Göyçay
rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə
iştirak edib və 1992-ci il mayın 8-də Şuşa şəhərində itkin düşdüyü
güman olunurdu. A. Quliyev Birinci Qarabağ müharibəsində itkin
düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün
dəfn olunan üç şəhiddən biridir.

