Xocalı rayonunun Təzəbinə kəndinə köçürülən ailələr mənzil başına çatıblar (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Xocalı. Trend:

Xocalı rayonunun Təzəbinə kəndinə köçürülən ailələr mənzil
başına çatıblar.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Ağdamda Dördyol adlanan
ərazisindən Təzəbinə kəndinə yola salınan 17 ailə 72 nəfər kəndə
çatıb.

Daha sonra mənzil başına çatan ailələrə mənzillərin açarları
təqdim ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xocalı rayonunun Təzəbinə, Ballıca və Badara kəndlərinə köç edənlər
respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.




13:27

xxx

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Ballıca kəndinə 13 ailə olmaqla 51
nəfər, Təzəbinə kəndinə 17 ailə olmaqla 72 nəfər, Badara kəndinə
isə 17 ailə olnaqla 62 nəfər yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.