Cənub-şərqi Asiyaya dağıdıcı “Montta” siklonu yaxınlaşır – Minlərlə insan təxliyə olunur

Baş səhifə

Bakı. Trend:

Hindistanın cənub-şərqində yerləşən Andxra-Pradeş ştatına güclü
“Montta” qasırğasının yaxınlaşması ilə əlaqədar ən azı 10 min sakin
sahilyanı ərazilərdən təxliyə edilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Yerli hakimiyyət ştatın səkkiz dairəsində hava şəraiti ilə bağlı
qırmızı təhlükə səviyyəsi elan edib. Həmin ərazilərdə qatarların və
təyyarələrin hərəkəti dayandırılıb, məktəblər, kolleclər və uşaq
bağçaları bağlanıb. Ştatın bütün ərazisində fövqəladə hallara
reaksiya qüvvələri təbii fəlakət zonalarında xilasetmə
əməliyyatları aparmaq üçün yüksək hazırlıq vəziyyətinə
gətirilib.

Hindistan Meteorologiya Departamentinin məlumatına əsasən,
Benqal körfəzində formalaşan “Montta” qasırğası bu gün
Andxra-Pradeş və Odişa ştatlarının sahillərinə çatacaq.