​“Toyota” bu maşınların istehsalını dayandırır

Baş səhifə

Dünyanın əfsanəvi avtomobil modellərindən biri olan “Toyota Supra”nın istehsalı dayandırılır. Brend 2026-cı ilin martında istehsala tamamilə son verəcək.

Metbuat.az xəbər verir ki, “Supra” ilə vidalaşmaq üçün “Toyota” xüsusi buraxılış hazırlayıb. “GR Supra A90 Final Edition” adlanan bu modeldən cəmi 300 ədəd istehsal ediləcək. Avtomobil yalnız Yaponiya və Avropada satılacaq.

Şirkət “Supra” markasının istehsalının gələcəkdə yenidən bərpa olunacağını istisna etməyib. İlk siqnallar göstərir ki, yeni “Supra” tam elektrik deyil, hibrid mühərrikli avtomobil kimi geri qayıda bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.