Bakıda təşkil olunacaq qol güləşi üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
“Report”un məlumatına görə, tədbirdə Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının (ABFF) rəsmiləri, Beynəlxalq Qol Güləşi Federasiyasının (İAF) prezidenti Anders Aksklo, dünya çempionatında mübarizə aparacaq ölkələrin təmsilçiləri və digər rəsmi qonaqlar iştirak edib.
Tədbirdən öncə Anders Aksklo və Fərid Qayıbova ABFF-nin qol güləşi üzrə vitse-prezidenti Azər Məhərrəmov tərəfindən simvolik kəmər təqdim olunub.
İAF-ın prezidenti fikirlərini bildirdikdən sonra F.Qayıbov çıxış edib.
Nazir iştirakçılara uğurlar arzulayıb və dünya çempionatını açıq elan edib.
Qeyd edək ki, 30 ölkədən 400-dən çox idmançının qatıldığı və bu gün startı verilən turnir oktyabrın 31-nə qədər davam edəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

