
Bərdə. Trend:
Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket
qurğularından qadağan olunmuş kaset mərmiləri atması nəticəsində
həlak olanlar anılıb.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, səhər saatlarından etibarən insanlar
faciənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini yad
ediblər.
Həmçinin anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri,
hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
Qeyd edək ki, Vətən müharibəsinin 32 -ci günü, 28 oktyabr 2020 –
ci ildə Ermənistan Silahlı Qüvvələri Bərdə şəhərinə atdığı Smerç
tipli raket qurğusunda atılan kasetli mermisi 21 nəfər mülki
şəxslərin ölümünə, 70 nəfərdən çox insanın yaralanmasına səbəb
ölüb.

