Bərdə terrorunun qurbanları anılıb

Baş səhifə

Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalması nəticəsində həlak olanların xatirəsi yad olunub.

APA-nın Qrabağ bürosu xəbər verir ki, Bərdə sakinləri hadisənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini yad ediblər.

Anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları da iştirak edib.