Azərbaycan-Belarus strateji tərəfdaşlıq münasibətləri inkişaf edir

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus
Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa
Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri
Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini,
Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Trend-in
məlumatına görə, iclasda tərəflər Azərbaycan və Belarus arasında
münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Bildiriblər ki, iki ölkə arasında strateji tərəfdaşlıq dövlət
başçıları – Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko
arasında formalaşmış qarşılıqlı etimad, səmimi siyasi dialoq və
dostluq münasibətləri əsasında inkişaf edir.

Vurğulanıb ki, münasibətlərin müqayisəli üstünlüyü məhz müxtəlif
sahələr üzrə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın
genişlənməsində və yeni birgə layihələrin gerçəkləşdirilməsində
özünü göstərir.