
Bakı.Trend:
Bu il baş verən müxtəlif yanğınlarda təəssüf ki, 29 vətəndaşımız
həlak olub. Bu göstərici 2024-cü ilin eyni dövründə 40 nəfər təşkil
edirdi. Burada da 11 ölüm faktının azaldığı görülür.
Bu fikirləri Trend-ə müsahibəsində Dövlət Yanğın Nəzarəti
Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev
deyib.
O, qeyd edib ki, 2025-ci ilin ötən dövrü ərzində qeydiyyata
alınmış 1190 yanğın hadisəsində 124 nəfər vətəndaşımız xəsarət
alıb.
“2024-cü ilin eyni dövründə isə 210 nəfər xəsarət almışdı. Bu
statistikada 86 xəsarətalma faktının da azaldığı müşahidə olunur.
Ölüm faktları əsasən çoxmənzilli yaşayış binalarında baş
verib”.
FHN rəsmisi əlavə edib ki, 29 ölüm hadisəsindən 3-ü çoxmənzilli
binalarda, 20-si fərdi yaşayış evlərində,4-ü fərdi evin yardımçı
tikilisində,1-i minik avtomobilində, 1-i isə qeyri-yaşayış
sahəsində isə baş verib.

