Bakı.Trend:
Qəbələdə piyadanın ölməsi ilə nəticələnən qəza baş verib.
Trend xəbər
verir ki, oktyabrın 27-si saat 10 radələrində 1975-ci il təvəllüdlü
Qəbələ şəhər sakini İlham Balakişiyev idarə etdiyi “VAZ-21074”
minik markalı avtomobillə İsmayıllı-Qaraməryəm-Şəki magistral
yolunun Qəbələ rayon mərkəzi bazarının qarşısından keçən hissəsində
hərəkətdə olarkən yolu keçən piyada – 1951-ci il təvəllüdlü Qəbələ
şəhər sakini Vəzuhə Əzməmmədovanı vurub.
Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə
yerində ölüb.
Faktla bağlı 27.10.2025-ci il tarixdə Qəbələ RPŞ-də CM-in
263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

