Bərdədə bıçaqlanma hadisəsi baş verib

Baş səhifə

Bakı.Trend:

Oktyabrın 25-i Bərdə rayonunun Kətəlparaq kəndində bıçaqlanma
hadisəsi baş verib.

Trend xəbər
verir ki, Tərtər rayonu Evoğlu kənd sakini Pənah Əhmədov şəxsi
münasibətlər zəminində Bərdə rayonu Kətəlparaq kənd sakini 1979-cu
il təvəllüdlü Taleh Hüseynova bir ədəd bıçaq zərbəsi vurub.




Hadisə nəticəəsində Taleh Hüseynov «Qarının ön divarının daxilə
keçən kəsilmiş-deşilmiş yarası» diaqnozu ilə “Bərdə rayon Mərkəzi
Xəstəxanası” PHŞ-nə daxil olub.

Faktla bağlı 27.10.2025-ci il tarixdə Bərdə RPŞ-də CM-in
126.1-ci maddəsi ilə cinayət işi başlanıb.