Balıkesirdə zəlzələ səbəbindən məktəblər bağlanacaq

Baş səhifə

Bakı. Trend:

Balıkesir Valiliyi bölgədə baş verən zəlzələ səbəbindən bu gün
əyalətdəki məktəblərin bağlı olacağını, əlil və hamilə dövlət
işçilərinin bir günlük inzibati məzuniyyətə göndəriləcəyini
açıqlayıb.

Trend xəbər verir ki,
Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə,
zəlzələdən sonra heç bir insan ölümü qeydə alınmayıb. Lakin
istifadə olunmayan 3 bina və 1 mağaza dağılıb.




Qeyd edək ki, dünən yerli vaxtla saat 22:48-də Balıkesir
vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.