
Bakı. Trend:
Dünyada şəkərin qiyməti bir neçə ilin ən aşağı səviyyəsinə
enib.
Trend xəbər verir ki, bu
barədə məlumatı “Reuters” yayıb.
Bu azalma istehsalın sabit qalması və arıqlama dərmanlarının
geniş yayılması nəticəsində tələbin azalması ilə
əlaqələndirilir.
Qiymətlərin düşməsində əsas amillərdən biri kimi Braziliyanın
tanınmış konsaltinq şirkəti “Datagro”nun ötən həftə açıqladığı
proqnoz göstərilir. Şirkət 2025/26-cı illər üçün qlobal şəkər
profisitini 1,98 milyon ton səviyyəsində dəyərləndirib, halbuki
bundan əvvəl 5 milyon tonluq defisit gözlənilirdi.

