Naxçıvanda ağır yol qəzası: ölən var

Baş səhifə

Bakı. Trend:

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə,
hadisə Culfa rayonunun Camaldın kəndi ərazisində qeydə alınıb.




Belə ki, qəza zamanı “Kia” markalı avtomobillə DAF markalı yük
avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü
Nəcəfova Gülnar Sakit qızı hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt
araşdırılır.