İstanbulda İŞİD-ə qarşı əməliyyat: 21 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı
genişmiqyaslı əməliyyat keçirilib.

Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən
başladılan istintaq çərçivəsində şəhərdə 9-u xarici döyüşçü
terrorçu olmaqla, 24 İŞİD üzvünün olduğu müəyyən edilib.




Məlumata görə, şəhərin 11 rayonda yerləşən 22 ünvanda aparılan
əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb. Onların təşkilatın
ünsiyyət vasitəsi olan “Rockhetchat” adlı tətbiqdən istifadə
etdikləri, sosial mediada İŞİD-in təbliğatını apardıqları və döyüş
bölgələri ilə əlaqədə olduqları aşkarlanıb.

Digər üç şübhəlinin saxlanılması istiqamətində əməliyyatlar
davam edir.