Niderlandda on minlərlə insan iqlim dəyişikliyinə etiraz üçün küçələrə çıxıb

Baş səhifə

Bakı. Trend:

Niderlandın Haaqa şəhərində on minlərlə insan iqlim
dəyişikliyinə qarşı mübarizəni yenidən gündəmə gətirmək məqsədilə
küçələrə çıxıb.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, aksiya parlament seçkilərindən 3 gün əvvəl
keçirilib. Təxminən 45 min insan “Planet sizin səsinizə layiqdir”
və “Yaşıl səs verin” kimi şüarlar yazılmış plakatlarla şəhərin
küçələrində yürüş ediblər.

Qeyd edilib ki, sentyabr ayında “Eenvandaag” tərəfindən
keçirilən sorğuya görə, iqlim məsələsi seçicilərin prioritetləri
arasında 11-ci yeri tutub. 25 min seçicinin 19 faizi iqlimi 5 əsas
problemindən 1-i kimi göstərib.