“Sumqayıt” “Sabah”ın basketbolçusunu icarəyə götürdü

Baş səhifə

Bakı. Trend:

“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.

Trend xəbər verir ki, bu
barədə klub məlumat yayıb.




Məlumata görə, komanda müqavilə ilə “Sabah”a məxsus olan Hüseyn
Qaflanovu icarəyə götürüb.

O, daha əvvəl İspaniyanın “Real Madrid” və “Valensiya”, “Cənubi
Kaliforniya” akademiyalarında, eləcə də VKM, “DME Wisconsin” kimi
klublarda çıxış edib.