
Bakı. Trend:
Azər Maqsudovun məhkəmə hökmü rəsmi qaydada təqdim edildikdən
sonra, qanunvericiliyin tələblərinə uyğun olaraq, zəruri tədbirlər
görüləcəkdir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi
Mərkəzdən məlumat verilib.
Bildirilib ki, mediada yer alan məlumatlarda qeyd olunur ki,
məhkəmənin hökmünə əsasən, Azər Maqsudovun 4 il müddətinə
azadlıqdan məhrum edilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə
müəssisəsində çəkməsi müəyyən olunub.
“Qeyd edirik ki, bu barədə Kliniki Tibbi Mərkəzə hələlik məhkəmə
orqanlarından rəsmi sənəd daxil olmayıb”- deyə əlavə edilib.

