
Bakı. Trend:
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris BBC-yə verdiyi
müsahibədə 2028-ci ildə prezident seçkilərində namizəd olma
ehtimalını istisna etməyib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Harris müsahibəsində “hələ işim
bitməyib” ifadəsi ilə gələcək siyasi səylərinin davam edəcəyini
vurğulayıb.
O, bir gün çox güman ki, ABŞ prezidenti olacağını deyib.

