Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya və ABŞ dövlət başçılarının “C5+1” formatında keçiriləcək növbəti görüşündə iştirak edəcək.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov “Kabar” agentliyinə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakla bağlı dəvəti minnətdarlıqla qəbul edilib.
Hazırda Qırğızıstan Prezidenti Administrasiyası Sadır Japarovun ABŞ-yə işgüzar səfərinə hazırlıq görür.
“Mərkəzi Asiya – ABŞ” sammiti noyabrın 6-da Vaşinqtonda keçiriləcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

