Tramp 2028-ci ildə ABŞ vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürməyəcək

Baş səhifə
Tramp 2028-ci ildə ABŞ vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürməyəcək

ABŞ Prezidenti Donald Tramp ölkədə 2028-ci ildə keçiriləcək seçkilərdə vitse-prezident vəzifəsinə namizədliyini irəli sürmək imkanını istisna edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə prezident təyyarəsində bildirib.

“Mən belə bir imkanı istisna edərdim. Məncə, insanlar bunu sevməzdilər. Bu bir növ yanlış olardı, elə deyilmi?” – o, jurnalistlərə deyib.

Daha əvvəl Trampın bəzi tərəfdarları təklif edirdilər ki, 2028-ci il seçkilərində o, vitse-prezident kimi namizədliyini irəli sürsün.