
Bakı. Trend:
“Buta Sığorta və Təkrar Sığorta Brokeri” Qapalı Səhmdar
Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişir.
Trend xəbər
verir ki, bunu şirkət özü elan edib.
Məlumata görə, “Buta Sığorta və Təkrar Sığorta Brokeri” bundan
sonra fəaliyyətini məhdud formada davam etdirəcək.
Beləliklə, şirkət QSC-dən Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC)
çevrildiyini elan edir.
Məlumatda vurğulanıb ki, bu qərara müvafiq olaraq, AZ1001021364
qeydiyyat nömrəli ümumi dəyəri 2 min manat, hər birinin nominal
dəyəri 1 manat olan 2 min ədəd adi, adlı səhm dövriyyədən
çıxarılır.
Qeyd edək ki, Buta Sığorta və Təkrar Sığorta Brokeri 2019-cu
ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi
Miskərli Abas İlqar oğludur.

