Bu il 51 nəfərdə BI-RADS 4 aşkarlanıb – Nigar Rüstəmli

Baş səhifə

Bakı.Trend:

22 rayonda 2 439 qadın paralel 2 istiqamət üzrə mammoqrafiya
müayinəsindən keçib.

Trend xəbər
verir ki, bu fikirləri TƏBİB-in Strateji inkişaf departamentinin
Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli jurnalistlərə
açıqlamasında deyib.




TƏBİB rəsmisi qeyd edib ki,11 rayon üzrə nəticələrin təhlili
aparılıb:

“1.219 nəfərdən 386-da BI-RADS 3 (Böyük ehtimalla xoşxassəlidir
(təxminən 98%, 3–6 ay sonra yenidən yoxlanılmalıdır), 51 nəfərdə
isə BI-RADS 4 ( Xərçəng riski var. Biopsiya məsləhətdir)
aşkarlanıb”.