
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat
sığortası növlərinin hesabına 501,817 milyon manat sığorta haqqı
toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 8,2%
çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər
isə 8,57 milyon manat və yaxud 4,5% artaraq 199,233 milyon manata
çatıb.
Beləliklə, 9 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər
100 manat sığorta haqqının 39,7 manatı müştərilərə geri
ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı
16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı
toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat
və ya 13% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri
ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5%
çoxdur.

