
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1,2 milyard ABŞ
dolları dəyərində yüksək texnologiyalar məhsulları idxal
edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 31,3 milyon ABŞ dolları və ya 2,65% çoxdur.
Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi
7,24% təşkil edib.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycandan 29,1 milyon ABŞ dolları dəyərində yüksək
texnologiyalar məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 141,8 milyon ABŞ dolları və ya
5,9 dəfə azdır.
Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi
0,16% təşkil edib.

