HTP çərçivəsində Çində təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Baş səhifə

Bakı. Trend:

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində növbəti
tədris ilində Çin Xalq Respublikasında (ÇXR) təhsil almaq üçün
müraciət edən namizədlərdən tələb olunan əsas sənədlərdən biri
namizədin prioritetlik nəzərə alınmaqla seçdiyi üç universitet üzrə
əldə etməli olduğu ön qəbul sənədidir (pre-admission notice, proof
of admission from tutor).

Trend xəbər
verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat
yayıb.

Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində
ÇXR-də təhsil almaq niyyətində olan Azərbaycan Respublikası
vətəndaşları müvafiq ön qəbul sənədini əldə etmək üçün ÇXR
universitetləri ilə (https://campuschina.org/universities/index.html)
birbaşa əlaqə saxlamalıdırlar.




Qeyd edək ki, HTP çərçivəsində növbəti tədris ilində ÇXR-də
təhsil üçün sənəd qəbulu ilə bağlı elan yaxın günlərdə Elm və Ali
Təhsil üzrə Dövlət Agentliyi və HTP-nin rəsmi internet
səhifələrində, həmçinin sosial media hesablarında dərc
ediləcəkdir.

Sözügedən təqaüd proqramı 13 aprel 2020-ci il tarixində Pekin
şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil
sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.